MSK 1718 bələdiyyə üzrə 27 181 nəfərin namizədliyini təsdiq edib

img

02-11-2009 [05:52]


23 dekabr seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindnə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, bu günə kimi 1718 bələdiyyə üzrə 27 181 nəfərin namizədliyi təsdiq edilmişdir. Həmin şəxslərdən 5166 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 13 497-si ali təhsillidir. Namizədliyi təsdiqlənmiş şəxslərdən 25 786 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərin 12 233 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 576 bələdiyyə üzrə 4066 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 7224 nəfəri bitərəfləri, digərləri isə 28 siyasi partiyanı əhatə edirlər. 17 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA