?Büdcə kəsirinin sadə vətəndazların hesabına qapadılması aztəminatlı vətəndazlara qarzı genosiddir?

img

02-11-2009 [03:51]


Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin (İH) növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ölkədə və dünyada ictimai-siyasi vəziyyət və bələdiyyə seçkiləri ilə əlaqədar müzakirələr aparılıb. ADP İH Azərbaycan Demokratik Cumhürriyəti ilə yaşıd olan Bakı Dövlət Uninersitetinin 90 illik yubileyi münasibəti ilə Universitetin müəllim, tələbə heyətini və bütün xalqımızı təbrik edib. Qeyd olunub ki, BDU Azərbaycan Cümhuriyyətinin yadigarı kimi uzun müddət ərzində gizli və ya açıq olmasından asılı olmayaraq azadlıq, demokratiya, respublikaçılıq kimi mütərəqqi ideyalarının daşıyıcısı kimi, eyni zamanda ölkədə elmin inkişafı və yüksək təhsilli kadrların yetişdirilməsi baxımından xalqımızın taleyində mühüm rol oynayıb. Respublika Prezidentinin fərmanı ilə Universitetin bir qrup müəllim heyətinin təltif edilməsini təqdir edən İH üzvləri, həmçinin M.Ə.Rəsulzadənin adının və Universitetin əvvəlki şöhrətinin özünə qaytarılması üçün müvafiq tədbirlərin görülməsini də vacib hesab edib. İH üzvləri cari ilə nəzərdə tutulan dövlət büdcəsinin gəlirlər hissəsinin 20 faiz kəsrlə tamamlanması faktının rəsmi olaraq etiraf edilməsini qlobal iqtisadi böhranın Azərbaycana ciddi təsirlərindən biri kimi qiymətləndirib və büdcənin təbii sərvətlərdən həddən artıq asılılığı, korrupsiya və rüşvətxorluğun çiçəklənməsi, xammal iqtisadiyyatı kimi neqativ meyllərin aradan qaldırılması üçün heç bir tədbirin həyata keçirilməməsindən təəssüfləndiyini bildirib. İH həmçinin büdcə kəsirinin bütün ağırlığının sadə vətəndaşların hesabına qapadılması siyasətini qətiyyətlə pisləyib və bunu aztəminatlı vətəndaşlara qarşı genosid nəticələri verən addım kimi dəyərləndirib. Bu yaxınlarda nəqliyyat nazirliyinin qoçuları tərəfindən döyülüb, həbs olunan sürücü Mehman Əmirquliyevin hələ də həbsdən buraxılmamasına və onun övladının aclıq aksiyasına dövlət qurumlarının heç bir reaksiya verməməsinə münasibət bildirən İH bütün bunların anlaşılan olmadığını qeyd edib və dövlət başçısını bu məsələyə müdaxilə etməyə və vətəndaşı dövlət məmurlarının qeyri qanuni zorakılığından xilas etməyə çağırıb. İH Rusiyanın ölkəmizin şimal sərhədlərinin yaxınlığına çox böyük miqdarda əsgəri qüvvə toplamasından ciddi narahat olduğunu bildirib və bu addımı Azərbaycana psixoloji təzyiq kimi qiymətləndirib. İH-də həmçinin Azərbaycanda müxalifətdaxili münasibətlər və müxalifətin mümkün inteqrasiya istiqamətləri də müzakirə olunub, ADP-nin müxalifətdaxili sıx inteqrasiyaya tərəfdar olduğu və bu istiqamətdə atılan real addımlara dəstək verməyə hazır olduğu bir daha elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA