Müsavat MSK-dan seçki prosedurunun yüngülləzdirilməsini tələb edir

img

02-11-2009 [02:48]


Müsavat Partiyası 23 dekabr 2009-cu ilə təyin edilmiş bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydalarının Seçki Məcəlləsinin 54-cü maddəsində kifayət qədər mürəkkəb yazıldığını bəyan edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsa?at hesab edir ki, Məcəllənin bələdiyyə seçkilərinə həsr olunmuş VII bölməsində bu qaydalar bələdiyyə seçkilərinə uyğunlaşdırılmayıb. Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi Təlimatlarda bu qaydalar bürokratik əngəllərlə zənginləşdirilib və analoqu olmayan hala salınıb. Belə ki, Məcəllənin 52.3 və 54-cü maddələrində və ?Bələdiyyə seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat?da eyni sənədlər siyasi partiyalardan iki dəfə tələb olunur. 1. Siyasi partiyanın qeydə alınması barədə Şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti; 2. Siyasi partyanın qüvvədə olan Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. Siyasi partiyaların təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları. 4. Siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülkü Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri. Tələblərə görə bu sənədlər MSK-ya və dairə seçki komissiyalarına, 1-ci və 2-ci sənəd isə həm də ?Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat?a uyğun olaraq xüsusi seçki hesabı açılarkən bankların tələbi ilə onlara da təqdim olunmalıdır. Respublika üzrə 119 seçki dairəsində bələdiyyə seçkilərini keçirildiyi nəzərə alınarsa, bu sənədlərin hər birindən 240 nüsxə hazırlanması gərəkdir. ?Qeyd olunan sənədlərin MSK-ya təqdim edildiyi, təsdiq olunmuş səlahiyyətli nümayəndələrin siyahılarının rəsmi dövlət qəzetlərində çap olunduğu halda, bu sənədlərin dairə seçki komissiyalarına təqdim olunma məcburiyyəti nədən irəli gəlir? sualına MSK-da cavab verən yoxdur. MSK tərəfindən Müsavat Partiyasına yönəlik növbəti maneəçilik, partiyanın bələdiyyə seçkilərində iştirakına aid sənədlərin MSK-ya oktyabr ayının 29-da təhvil verilməsinə baxmayaraq, partiyanın səlahiyyətli nümayəndələrinin bu günə qədər (02 noyabr) təsdiq olunmamasıdır. Bu hal partiyanın namizədlərinin dairə seçki komissiyalarına çatdırılmasını gecikdirmək üçündür. Belə ki, namizədliyin təsdiq olunması üçün sənədlər dairə seçki komissiyalarına siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən təqdim olunmalıdır. O da qeyd olunmalıdır ki, Seçki Məcəlləsində MSK-ya təqdim olunmuş səlahiyyətli nümayəndələrin siyahısının təsdiqi üçün 5 gün lazım gəlməsi haqqında maddə yoxdur. Beləliklə, MSK qəbul etdiyi təlimatlarla və partiyanın səlahiyyətli nümayəndələrinin təsdiqini gecikdirməklə, Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakını əngəlləməkdə davam edir. Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası MSK-nın siyasi partiyaların bələdiyyə seçkilərində iştirtakına əngəllər yaratdığını, bu prossesin Azərbaycanın nüfuzuna mənfi təsir etdiyini bəyan edir və bu əngəllərin tezliklə aradan qaldırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA