DUi sosial problemlərlə bağlı etiraz aksiyalarına bazlayacaq

img

30-10-2009 [02:14]


?Demokratiya Uğrunda Hərəkat növbəti aksiyalar keçirmək fikrindədir. Bu aksiyalar ölkədəki sosial-iqtisadi problemlərlə bağlı olacaq. Görürsünüz ki, hakimiyyət əhalinin aztəminatlı ailələrinin vəziyyətini daha da pisləşdirir. İndi də pensiya yaş həddinin artırılması ilə bağlı növbəti mürtəce addım atıldı?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Onun sözlərinə görə, hazırda ölkədə sosial-iqtisadi problemlər kifayət qədərdir: ?Bu gün Azərbaycanda qaz, işıq pullarını nə ilə ödəyəcəklərini düşünən yüzminlərlə insan var. Demokratiya Uğrunda İttifaqın gündəmində bütün bu problemlərlə bağlı etiraz aksiyalarının keçirilməsi məsələsi var. Bir müddət əvvəl də bu qərarımız var idi, amma həm Türkiyə-Azərbaycan arasındakı münasibətlər, həm müxalifət daxilindəki son olaylar aksiyaları bir qədər gecikdirdi. Düşünürəm ki, yaxın günlərdə aksiyaların keçirilməsi ilə bağlı qərar verəcəyik?. Ə.Oruc onu da bildirib ki, digər müxalifət qüvvələri də bu aksiyaya qoşulsalar daha yaxşı olar. DUİ yetkilisinin sözlərinə görə, digər müxalifət partiyaları dəstək verməsələr belə, DUİ etiraz aksiyalarını təkbaşına reallaşdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA