AMiP nümayəndələri Avropa Parlamentində Azərbaycanla bağlı təkliflər paketi ilə çıxız edəcək

img

29-10-2009 [05:05]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi Avropa Parlamentinın dəvəti ilə dekabrda Brüsselə səfər edəcək. AMİP-in mətbuat və informasiya katibi Əli Orcovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, səfər çərçivəsində partiya rəsmiləri Avropa Parlamentində Azərbaycanla bağlı keçiriləcək dinləmələrə qatılacaq, eyni zamanda parlament üzvləri ilə görüşlər keçirəcəkr. Həmin dəvətdə bildirilir ki, Avropa İttifaqı Azərbaycanda gedən prosesləri diqqətlə izləyir və mövcud vəziyyətdən narahatdır. AMİP rəhbərliyinin Avropa Parlamentində Azərbaycanla bağlı keçirəcəyi dinləmələrdə müxtəlif sahələrə aid təkliflər paketi ilə çıxış edəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA