isa Qəmbər ABŞ nümayəndələri ilə Türkiyədə gizli danızıqlara gedir

img

28-10-2009 [04:15]


Sabah Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyəyə qısa müddətli səfərə yola düşür. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, səfərin məqsədi son zamanlar regionda yaranmış yeni siyasi şərait və bunun ölkəmizdəki ictimai-siyasi duruma təsiri, Türkiyə-Azərbaycan münasibətlərinin qorunması və gücləndirilməsi zərurəti, Ermənistan-Azərbaycan konfliktinin həlli perspektivləri ilə bağlı müzakirələr aparmaq və Azərbaycandakı demokratik qüvvələrin mövqeyini Türkiyə xalqına çatdırmaqdır. Qeyd edək ki, bir neçə gün öncə Müstəqil İnformasiya Agentliyi (MİA) Azərbaycanın tanınmış politoloqlarından birinə istinadən Müsavat başqanının yaxın günlərdə xaricə səfər edəcəyi barədə məlumat vermişdi. Partiyadan İ.Qəmbərin səfərə gedəcəyi təsdiq olunmasa da, onun sabah Türkiyəyə yola düşməsi MİA-nın məlumatlarını təsdiqləmiş oldu. Xatırladaq ki, adının çəkilməsini istəməyən həmin politoloq MİA-ya Müsavat başqanının Türkiyədə, yaxud da Şərqi Avropanın hansısa ölkəsində ABŞ rəsmiləri ilə gizli görüş keçirəcəyini bildirmişdi. Hətta bu görüşlərdə eks-spiker Rəsul Quliyevin də iştirakı istisna edilmirdi. Bu barədə Müstəqil İnformasiya Agentliyini bilgiləndirən mənbə İ.Qəmbərin sabahkı səfərinin ABŞ rəsmilərinin istəyi ilə reallaşdığını bildirib: ?Bir neçə gün öncə qeyd etdiyim kimi, ABŞ son vaxtlar Rusiyaya meyllənmiş Azərbaycan hakimiyyətinə qarşı müxalifəti dirçəltmək planını gerçəkləşdirməyə başlayıb. Yəqin ki, İsa Qəmbərlə həmin görüş Türkiyədə reallaşacaq. Bildiyiniz kimi, Rəsul Quliyev də Ukraynaya gəlib. Onun da məhz bu görüş üçün Türkiyəyə gəlmək ehtimalı böyükdür. Ola bilsin ki, Rəsul Quliyev həm də İsa Qəmbərlə məsləhətləşmək üçün Türkiyəyə gəlsin, ancaq bu barədə ictimaiyyətə məlumat verilməsin. Bütün hallarda ABŞ-ın dövlət nüumayəndələri əsasən İsa Qəmbərlə görüşmək istəyir və Müsavat vasitəsiylə ölkədə siyasi aktivlik yaratmağa çalışırlar?. Məlumatlı şəxs onu da vurğulayıb ki, Milli Məclisin son iclasında hakimiyyətyönlü deputatların ABŞ vitse-prezidentinin Azərbaycandakı vəziyyətlə bağlı sərt açıqlamalarına qarşı çıxmaları da hakimiyyətin narahat olduğunu göstərir. Onun sözlərinə görə, hakimiyyət ABŞ rəsmilərinin İsa Qəmbərlə görüşmək istəyindən artıq xəbərdardır. Amma birbaşa müdaxilə edə bilmədiyi üçün çıxılmaz vəziyyətdə qalıb: ?Hər halda bu görüş baş tutacaq. Bunun nəticələrinin necə olacağı ilə bağlı isə bəri başdan nəsə demək olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA