Arif Hacılı: ?Siyavuz Novruzov ölkədəki anti-demokratik mühitdən xəbərdardır?

img

28-10-2009 [03:20]


Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müxalifətin seçkiyə partiya şəklində qatılmamasını tənqid etməsi qarşı tərəfin narazılığına səbəb olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı bildirib ki, əslində bu vəziyyət cəmiyyətdə anti-demokratik əhval-ruhiyyənin hökm sürməsini təsdiq etmiş olur: ?Azərbaycanda olan real müxalifətin resurslarının hakimiyyət tərəfindən əlindən alınması, müxalifətçilərin daim təzyiq altında saxlaması nəticəsində belə bir çətinliklər mövcuddur. Eyni zamanda seçkilərin saxtalaşdırılacağı ehtimalı və seçki komissiyalarının YAP-ın nəzarətində olması bu prosesdə iştiraka həvəsi azaldır. Bundan başqa, Azərbaycandakı bələdiyyələrin yerli özünüidarəetmə funksiyalarını daşımadığı, faktiki olaraq, bu funksiyalar yerli icra nümayəndəliklərinə verildiyi üçün bələdiyyələrə maraq yoxdur. Siyavuş Novruzov da ölkədəki anti-demokrtik mühitdən xəbərdardır. Ona görə də bu cür əsassız fikirlər söyləməməlidir?. A.Hacılı onu da bildirib ki, nəinki müxalifətdə, YAP-ın özündə də bələdiyyə seçkilərinə maraq olduqca aşağıdır. Onun sözlərinə görə, hakim partiyanın da bələdiyyə seçkilərinə naizədlərlə bağlı problemləri mövcuddur: ?Mənə elə gəlir ki, hakimiyyət dairələri buna görə müxalifəti suçlamalı deyil, çünki indiki vəziyyəti bu iqtidar yaradıb. İttihamlara gəlincə, bunlar Müsavata aid deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA