Azərbaycanda insan alverinə qarzı mübarizəyə dair məlumat Milli Məclisdə ikitirəlik yaratdı

img

27-10-2009 [02:59]


Bu gün Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bir qrup deputat məlumatın müzakirəyə ehtiyac olduğunu, digərləri isə birbaşa səsə qoyulmasını təklif ediblər. Millət vəkili Fazil Mustafa deyib ki, insan alverinə qarşı mübarizə daha ciddi aparılmalıdır: ?Əgər problemi həll etmək istəyiriksə, daha ciddi üsullara əl atmaq lazımdır. Bu sahədə maarifləndirməyə də ehtiyac var. Ümumilikdə məlumatı müsbət hesab edirəm?. YAP-çı deputat Siyavuş Novruzov da məlumatı müsbət qarşıladığını bildirərək, səsə qoyulmasını təlif edib. Millət vəkilləri Sabir Rüstəmxanlı, Elmira Axundova etirazlarını bildirib, heç olmasa, məlumatın yarım saat müzakirə olunmasının gərəkli olduğunu vurğulayıblar. Etirazlara cavab verən Vilayət Eyvazov nəzərə çatdırıb ki, ABŞ Dövlət Departamentinin Azərbaycanın insan alverində tranzit olması ilə bağlı fikri absurddur: ?Azərbaycan hamının üzünə açıqdır. Kim istəyir, gəlir burdan keçir. Əgər onların əməlində cinayət tərkibi yoxdursa, biz onu saxlaya bilmərik. Biz hardan bilək ki, bu, insan alveri ilə məşğul olur, yaxud kimsə insan alverinin qurbanıdır??. Sonda məsələ səsə qoyulub və qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA