Vilayət Eyvazovun insan alverinə qarzı mübarizəyə dair məlumatı dinlənilir

img

27-10-2009 [01:13]


Milli Məclisin (MM) növbəti iclası başlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, cari məsələlərim müzakirəsindən sonra iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilir. Hazırda məruzə ilə çıxış edən V.Eyvazov bildirib ki, 2009-cu ildə ötən müddət ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb, onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Cinayətlər işlərinin açılmasında iştirak etmiş 19 şəxs Daxili İşlər Nazirliyinin əmrləri ilə mükafatlandırılıb. Cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA