Vaqif Sadıqov: ?Bu gedizlə Elmar Baxzıyevin xidmətindən ilin sonunadək istifadə edə bilməyəcəyik?

img

26-10-2009 [05:23]


?Elmar Baxşıyevin hərbi xidmətdə olmasından xəbərim var. O millinin üzvüdür və hazırda AFFA rəsmiləri bu işlə məşquldurlar. Gözləyirik, görək axırı necə olacaq?. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri ?Neftçi?nin baş məşqçisi Vaqif Sadıqov komandasının üzvü, millimizin də şərəfini qoruyan Elmar Baxşıyevin həqiqi hərbi xidmətə aparılmasına münasibət bildirərkən deyib. V.Sadıqovun sözlərinə görə, Elmarın düşərəgəyə nə zaman qayıdacağı qeyri-müəyyəndir: ?İndi dəqiq deyə bilmərəm ki, Elmar nə vaxt klubun düşərgəsinə qayıdacaq. Təbii ki, qayıtdıqdan sonra da onun oyunlara tam hazır olması üçün müəyyən zamana ehtiyac olacaq. Bu gedişlər, əgər Elmar daha bir neçə gün hərbi xidmətdə olsa, yəqin ki, ilin sonunadək onun xidmətindən istifadə edə bilməyəcəyik. Amma mən Elmarı yaxşı tanıyıram, onun potensialına yaxından bələdəm. Buna görə də deyə bilərəm ki, Elmar düşərgəmizə qayıtdıqdan sonra tezliklə formasının bərpa edə bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA