Tahir Abbaslı: ?Görüzlər effekt verməyə bilər?

img

26-10-2009 [01:52]


Bir neçə gün öncə Azərbaycan Milli Məclisinin üzvləri ilə Ermənistan parlamentinin nümayəndələri Moskvada bir araya gəliblər. Görüşdə Qarabağla bağlı aparılan proseslər müzakirə mövzusu olub. Görüşdə iştirak edən azərbaycanlı deputatlar növbəti belə görüşün İrəvanda keçiriləcəyini istisna etməyib. Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, sülh danışıqları çərçivəsində belə addımların atılması normaldır: ?Öncə biz deputatların Moskva görüşünün məhz Türkiyə Ermənistan arasında baş verən proseslər fonunda baş tutduğuna diqqət yetirməliyik. Bu fikirdəyəm ki, Türkiyənin indiki hakimiyyətinin apardığı siyasət nəticəsində Qarabağ məsələsinin önə çəkilməsi Rusiyaya sərf etmir. Biz unutmamalıyıq ki, bu münaqişənin başlanmasına rəvac verən keçmiş SSRİ-nin siyasi varisi Rusiya bu məsələdə son dərəcə maraqlıdır. Türkiyənin sərhəd açılımının Qarabağ problemi həll olunmadan baş tutmayacağını tələbi ilə Rusiyanın razılaşıb-razılaşmadığını da bilmirik. Şəxsən mənə elə gəlir ki, Rusiya bu məsələ ilə asanlıqla razılaşmayacaq. Təbii olaraq sual yaranır: Əgər Rusiya Qarabağ münaqişəsinin həllində bu qədər maraqlı idisə, niyə indiyə qədər bu tipli görüşlər təşkil etmirdi? Mənə elə gəlir ki, Kreml sadəcə olaraq göstərmək istəyir ki, Türkiyənin və digərlərinin bu məsələ ilə bağlı fəallığı boş bir şeydir, bütün rıçaqlar mənim əlimdədir?. AİDP sədri bildirib ki, islamçı demokratlar bu məsələdə inkarçı mövqedə deyillər: ?Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Fikir və ideyalarımızla düşmənin qarşısında ədalətli olmağımızı sübut etməyi lazım bilirik. Danışıqların da aparılmasında qəbahət görmürük. Amma bizim üçün maraqlıdır, bu danışıqlar hər iki xalqın özünün istək və arzularına uyğundurmu? Onlar bu görüşlərin keçirilməsini dəstəkləyirlərmi? Həm yuxarıda sadaladığım məsələlər, həmçinin bu məqamı nəzərə alaraq bu fikirdəyəm ki, görüşlər effekt verməyə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA