Qarabağ və Respublika Uğrunda Hərəkatın liderləri bir araya gəlməkdən ehtiyat edirlər

img

23-10-2009 [04:36]


Artıq ikinci həftədir ki, Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində yaranan narazılıqdan sonra qeyri-müəyyən vəziyyət davam edir. Hərəkatın taleyi ilə bağlı liderlərin bu həftəyə nəzərdə tutulan toplantısı da keçirilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən hərəkata daxil olan Ümid Partiyasının sədri İqbal Ağazadə hələlik bu barədə yekdil qərarın olmadığını bildirib. Amma partiya sədri belə bir qərarın yaxın günlərdə veriləcəyini də vurğulayıb. ?Ola bilərmi ki, liderlər toplantıda qarşılıqlı ittihamların daha kəskin müstəviyə keçməsindən ehtiyatlanaraq, bir araya gəlmirlər?? -sualını cavablandıran İ.Ağazadə ?Hər şey ola bilər. Ona görə də tərəflər məsələləri müzakirə edirlər?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA