ABŞ rəsmilərinin Azərbaycanın müxalifət liderləri ilə gizli görüzü planlazlazdırılır

img

23-10-2009 [01:16]


Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya meyillənmiş açıqlamalar verməsi ABŞ tərəfini narahat edib. Artıq rəsmi Vaşinqtonun bununla bağlı müəyyən addımlar atmağı planlaşdırdığı bildirilir. Ölkəmizdəki nüfuzlu politoloqlardan biri Müstəqil İnformasiya Agentliyinə deyib ki, ABŞ Azərbaycanın Rusiyaya meyllənməsindən narahatdır və hakimiyyətə təzyiq vasitəsi kimi ölkə müxalifətinə dəstək verməyi, onların hakimiyyətə təzyiq imkanlarını artırmağı planlaşdırır. ?Məndə olan məlumata görə, Amerikanın dövlət rəsmiləri Azərbaycan hakimiyyətinin əvvəlki dönəmlərdən fərqli olaraq, Rusiyaya daha da yaxınlaşmasını istəmirlər. Bu narazılıq açıq şəkildə büruzə verilməsə də, Azərbaycan müxalifətini dəstəkləmək vasitəsi ilə hakimiyyətə mesaj vermək istəyir. Bu plana əsasən, yaxın müddət ərzində ABŞ dövlət rəsmilərinin Azərbaycanın ana müxalifət liderlərindən sayılan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə gizli görüşü planlaşdırılır?, - deyən bilgili şəxsin sözlərinə görə, böyük ehtimalla ABŞ rəsmilərinin İsa Qəmbərlə görüşü ölkədən kənarda baş tutacaq. Buna səbəb kimi, Azərbaycanda keçirilən görüşlərin məxfiliyini qorumağın çətin olduğu göstərilir. Adının çəkilməsini istəməyən politoloq onu da vurğulayıb ki, sözügedən görüş ya Türkiyədə, ya da Şərqi Avropa ölkələrinin birində reallaşa bilər. ABŞ rəsmiləri ilə İsa Qəmbərin görüşündə Amerikanın xüsusi xidmət orqanı əməkdaşının iştirak edəcəyi də ehtimal olunur. ?Qeyd etdiyim kimi, ABŞ Azərbaycan hakimiyyətinin Rusiyaya meyllənməsindən narahatdır. Ona görə də müxalifəti dirçəltməklə, hakimiyyəti bu yoldan çəkindirməyə çalışır. Nəzərə alsaq ki, beynəlxalq güclər tərəfindən qəbul edilən müxalifət liderlərindən biri Əli Kərimli xaricə gedə bilmir, Lalə Şövkət isə Qərb tərəfindən bir o qədər də dəstəklənmir, o zaman İsa Qəmbərin bu plana cəlbi tamamiylə mümkündür. Hətta hazırda Amerikada yaşayan Rəsul Quliyevin də prosesə cəlb olunması istisna deyil?,- deyə mənbə fikrini tamamlayıb. Müsavat başqanının yaxın günlərdə xaricə səfərinin olub-olmamasını dəqiqləşdirmək üçün başqan müavini Mehman Cavadoğlu ilə əlaqə saxladıqda, o, Müstəqil İnformasiya Agentliyinə deyib ki, hələlik İsa Qəmbərin hansı xarici ölkəyə səfərə edəcəyi barədə məlumatı yoxdur. Qeyd edək ki, son günlər ABŞ rəsmiləri Azərbaycanda demokratiyanın vəziyyətindən narahatlığı özündə ehtiva edən bəyanatlar da verirlər. Elə ötən gün ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycanda demokratiya sahəsində görüləsi işlərin çox olduğunu deməklə, Əliyev iqtidarına mesaj verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA