1246 bələdiyyə üzrə 9042 nəfərin namizədliyi təsdiq edilib

img

23-10-2009 [11:45]


Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, bu günə kimi 1246 bələdiyyə üzrə 9042 nəfərin namizədliyi təsdiq edilib. Həmin şəxslərdən 1469 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 3928-i ali təhsillidir. 9 siyasi partiya (Yeni Azərbaycan, Ana Vətən, VHP, DADP, Ümid, ALDP, ADİSP, BQP və VBP) bu ilki seçkilrdə bələdiyyə üzvlüynə namziədlərini irəli sürüblər. Namizədliyi təsdiqlənmiş şəxslərdən 7490 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıblar. Artıq həmin şəxslərdən 373 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA