Nəsib Nəsibli : "Qafqazda hər an siyasi hakimiyyət dəyizikliyi ola bilər"

img

22-10-2009 [05:56]


?Hesab edirəm ki, protokollar məsələsi yeni mərhələnin başlanğıcıdır və tək Türkiyə-Ermənistan münasibətlərini ehtiva etmir. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətləri yalnız Qarabağ problemini əhatə edən bir proses deyil. Bu, artıq dünya siyasətinin gündəminə girmiş məsələdir. Bunu ən azından protokollar imzalanan zaman ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin iştirakı da sübut elədi?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə millət vəkili Nəsib Nəsibli Türkiyə-Ermənistan arasında protokolların imzalanmasına münasibət bildirərkən deyib. N.Nəsiblinin sözlərinə görə, Qafqaza hər an nüfuz etmək imkanı olan beynəlxalq güclərin istər Azərbaycanda, istərsə də Ermənistanda hər hansı siyasi hakimiyyət dəyişikliyi etməsi mümkündür: ?Bunu ən azından ehtimal etmək olar. Çünki əgər Rusiya Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək üçün əsas rıçaqını itirirsə, deməli, Kreml bu barədə düşünməlidir. Lakin tək üzdə olan yox, eyni zamanda bu hadisələrdən sonra ortaya çıxacaq nüanslar da ola bilər. Yəni Obama ilə Medvedyev hansı əsasda razılaşır. Maraqların toqquşması isə təbii ki, bir çox problemlər və ?sürpriz?lər yarada bilər. Fakt odur ki, hazırda Rusiyanın bəzi dairələri Ermənistan-Türkiyə yaxınlaşmasından məmnun deyil. Ola bilsin ki, onlar Ermənistanda hər hansı siyasi dəyişikliyin yaranması üçün şərait və yardımlar göstərmiş olsun?. N.Nəsibli onu da bildirib ki, maraqlı qüvvələr Azərbaycan-Ermənistan arasında olan qarşıdurmanın daha da şiddətlənməsinə heç bir rəvac verə bilməz: ?Kimlərsə deyə bilər ki, Rusiyanın ?dirijor?luğu ilə hansısa hərbi əməliyyatlar keçirilə bilər. Bunun hər iki tərəfə mənfi nəticələri olacaq. Lakin böyük güclər təzyiqlər göstrəməklə regionda sabitlik yaratmaq istəyirlər. Təbii ki, onlar burada öz maraqlarını güdürlər. Ona görə də Azərbaycanın müharibə kartını işə salmasına da inanmıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA