Millimizin üzvü Cavid Hüseynov əsgər gedir

img

21-10-2009 [02:29]


Azərbaycan millisinin və Bakının ?İnter? klubunun yarımmüdafiəçisi Cavid Hüseynov hərbi xidmətə yollanır. Qol.Az-ın müxbirilə söhbətində bunu futbolçu özü də təsdiqləyib. O, oktyabrın 23-də xidmət edəcəyi hərbi hissədə olacağını deyib: ?Əslində çoxdan getməli idim. Sadəcə, millinin oyunları ilə əlaqədar möhlət verdilər. Artıq Rusiya ilə oyun da oynanıldı və seçmə mərhələ başa çatdı. Odur ki, mən də oktyabrın 23-də Salyanda hərbi hissədə olmalıyam. Özü də futbolçu kimi yox, sıravi qaydada əsgərlik çəkəcəyəm?. Hüseynov gələcək taleyinin necə olacağını özünün də bilmədiyini deyib: ?Deyilənə görə, AFFA rəhbərliyi futbolsuz qalmamağım üçün köməklik edəcək. Amma yenə də dəqiq bir söz deyə bilmərəm. Bir onu bilirəm ki, ayın 23-də hərbi hissədə olacağam?. Qeyd edək ki, bu səbəbdən Cavid sabah ?Bakı?ya qarşı keçiriləcək matçda da komandasına kömək edə bilməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA