Rəzad Sadıqov Milan Barozla görüzdü

img

21-10-2009 [02:22]


Bir neçə gündür Türkiyədə olan Rəşad Sadıqov hazırda İstanbuldadır. Bu barədə Fanat.az-a futbolçunun özü məlumat verib. Sadıqov müayinə üçün yollandığı qardaş ölkədə hələ bir neçə gün də qalacaq. İstanbulda olduğu müddətdə o, bəzi görüşlər keçirib. Belə ki, millimizin kapitanı "Qalatasaray"ın məşhur futbolçuları Milan Baroş və Hakan Balta ilə görüşüb. Bundan başqa Sadıqov keçmiş kapitanı, "Kocaelispor"un oyunçusu və yaxın dostu Sərdar Topraktəpə ilə görüşməlidir. İzmit klubunun kapitanı yaxın günlərdə İstanbula gələcək və dostlar bu zaman görüşəcək. Rəşad İzmitə gedərək, "Kocaelispor"un ev oyununu da izləməyi planlaşdırır. Kapitan eyni zamanda həftəsonu baş tutacaq İstanbul derbisini - "Fənərbaxça" - "Qalatasaray" oyununu da canlı izləmək niyyətindədir. O, böyük oyuna hələ bilet tapmasa da, dostları bu barədə ona söz veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA