Quzanlı stadionu ?Qarabağ?-?Neftçi? oyununa hazırdı

img

16-10-2009 [01:53]


?Artıq bütün işlər görülüb başa çatıb. Meydança əla vəziyyətdədir. Hazırda Ağdamda hava şəraiti də yaxşıdır?. Bu sözləri Qol.Az-a açıqlamasında Quzanlı Olimpiya Kompleksinin direktoru Vaqif Balakişiyev deyib. O, oyun gününə kimi və oyun zamanı heç bir problemin yaşanmayacağına əmindir: ?Qazondan əlavə, soyunub-geyinmə otaqları da tam oyuna hazır vəziyyətə gətirilib. ?Neftçi?nin məskunlaşacağı yer də artıq qaydaya salınıb və rəqib komandanın gəlişini gözləyirik. Oyun günü təhlükəsizlik də yüksək səviyyədə təmin olunacaq. Bir sözlə Quzanlı stadionu ?Qarabağ?-?Neftçi? oyununa tam hazırdır və heç bir problemin olmayacağına zəmanət verə bilərəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA