Vyaçeslav Malafeyev: ?Azərbaycanda motivasiya daha yüksək olacaq?

img

14-10-2009 [01:23]


?Qarşılaşmaya o prizmadan baxmaq lazım deyil ki, o heç nəyi həll etmir. Bu düzgün yanaşma ollmazdı. Sözsüz ki, bu qarşılaşmada Azərbaycandakı motivasiya daha yüksək olacaq?. Qol.Az-ın məlumatına görə, bu sözləri ?Mayak? radiosuna açıqlamasında dünya çempionatının seçmə qrup oyunu çərçivəsində bu gün Bakıda Azərbaycan millisinin qonağı olacaq Rusiya milli komandasının qapıçısı Vyaçeslav Malafeyev deyib. O, qarşılaşmanın çətin keçəcəyini etiraf edib: ?Rusiya əlbəttə ki, öz səviyəsinə uyğun öz oyununu oynayacaq. Mən demirəm ki, biz rəqib mütləq klass göstərərək udmalıyıq. Düzdür, bizim futbolçularda bu çox yüksəkdir. Amma tək klassla oynamaq çətin məsələdir. Oyun ətrafında yaranmış ajiotaja gəlincə, hamı bilir ki, keçmiş SSRİ ölkələrinin milli komandalarının qarşılaşmaları həmişə prinsipial keçib?. Malafeyev ona ünvanlanan ?Azərbaycan Futbol Federasiyasının nümayəndələrindən biri deyib ki, Arşavinlə Bıstrov olmasa Rusiya millisindən əsər-əlamət qalmayacaq?, buna münasibətin necədir?? sualına isə belə cavab verib: ?Maraqlıdır ki, həmin adam üçün görəsən əsas oyunçu kimdir? Mən bu fikirlə qətiyyən razılaşmıram ki, hansısa komanda 1-2 futbolçudan ibarətdir və onlardan asılıdır. Əlbəttə, fərdi oyunu ilə seçilən aparıcı oyunçular ola bilər ki, komandanın potensialını daha da genişləndirirlər. Konkret bizim milli komandada bir çox yüksək səviyyəli oyunçular var. Amma Rusiya millisi individual olaraq yox, komanda çəklində daha güclüdür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA