Yığmamız Rusiya ilə matça itkilərlə çıxacaq

img

13-10-2009 [06:53]


Sabah Rusiya yığması ilə qarşılaşacaq milli komandamız qarşılaşmaya itkilərlə çıxacaq. Oktyabrın 10-da Lixtenşteynlə matçda sarı vərəqə alan Elnur Allahverdiyev cəzalı vəziyyətə düşərək Rusiya ilə matçı buraxmalı olacaq. Qeyd edək ki, müdafiəçi 2010-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində 4 matçda meydana çıxıb. E.Allahverdiyev Almaniya ilə hər iki matçda, Finlandiya ilə Lənkəranda baş tutan oyunda və Lixtenşteynlə səfər qarşılaşmasında meydana çıxıb. Onu da əlavə edək ki, bundan əvvəlki qarşılaşmada cəzalı olduğu üçün meydana çıxa bilməyən müdafiəçi Samir Abbasovun sabah Rusiya ilə matçda meydana çıxacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA