Türkiyə Böyük Millət Məclisi imzalanmız protokolları oktyabrın 21-də müzakirəyə çıxaracaq

img

13-10-2009 [11:41]


Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar oktyabrın 21-dən sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndəriləcək. Müstəqil İnformasiya Agentliyi "CNN türk"ə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Cəmil Çiçək bildirib ki, oktyabrın 21-də xarici işlər naziri Əhməd Davudoğlu parlamentin toplantısında millət vəkillərinə protokollarla bağlı məlumat verəcək. Bundan sonra isə sənədlər ratifikasiya üçün parlamentə təqdim olunacaq: "Protokol gələn həftə Türkiyənin Böyük Millət Məclisinə göndəriləcək. Lakin dəqiq tarix hələlik məlum deyil və yalnız Parlament protokola səs verib-verməmək barədə qərar qəbul edəcək". Qeyd edək ki, bu hələ oktyabrın 21-də TBMM-də protokolların müzakirəyə çıxarılması və ya müzakirələrin başlanması demək deyil. Prosedur qaydalarına görə, Xarici İşlər Nazirliyi protokolları Bakanlar Odasına təqdim edəcək. Qurumun bütün üzvlərinin imzası ilə sənədlər TBMM-in xarici əlaqələr komissiyasına göndəriləcək. TBMM-in nizamnaməsinə görə, komissiyaya təqdim olunan sənədlərin burda (komissiyada) müzakirəsi təqdim olunduğu vaxtdan 48 saat sonra başlana bilər. Komissiya ən geci 45 gün ərzində həmin sənədə baxıb, onu parlamentin plenar iclasına tövsiyə edə bilər. Yəni TBMM-in xarici əlaqələr komissiyası protokolların müzakirəsinə oktyabrın 23-dən başlaya bilər. Komissiyanın ən geci dekabrın 7-8-dək protokolları TBMM-in plenar iclasının gündəliyinə təqdim etməsi mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA