?Imzalanan protokollar vaxtsız və tələsik olub?

img

12-10-2009 [06:48]


?Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollar Dağlıq Qarabağ probleminin həlli prosesinə mənfi təsir göstərəcək. Çünki protokolların ratifikasiya edilməməsinə baxmayaraq, artıq indidən Ermənistanın nüfuz qazandığını söyləmək mümkündür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollara münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Ermənistan nəyinki bölgədə, hətta bütün dünyada nüfuz sahibi olacaqlar: ?Ermənistan bundan sonra danışıqlar stolu arxasında daha qeyri-konstruktiv olacaqlar. Hesab edirəm ki, hər iki dövlət arasında imzalanan protokollar vaxtsız və tələsik olub. Sadəcə çalışmaq lazımdır ki, bu protokollar Türkiyə və Azərbaycan arasında ədavət yaradacaq bir məsələyə çevrilməsin?. Q.Hüseynli onu da bilirib ki, artıq Azərbaycandan Türkiyəyə qarşı müəyyən etirazlar var: ?Bu etirazlara geniş yer ayırmağın tərəfdarı deyiləm. Çünki bu ədavətdən, narazılıqdan və etirazlardan istifadə edənlərin sayı arta bilər. Hələ ki prosesləri bir qədər də izləmələyik, çünki bu vaxtacan qədər çox dəyişikliklər ola bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA