Sarkisyan: "Kizinyovda Dağlıq Qarabağın aralıq və son statusu müzakirə olundu"

img

12-10-2009 [06:46]


Azərbaycan prezidenti İlham Əliyevlə Kişinyovda Dağlıq Qarabağın aralıq və son statusu müzakirə olundu. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, İ.Əliyevin Kişinyov görüşündən narazı qalması barədə təəccüblü heç nə yoxdur. ?Təəccüblü olan onun ərazi güzəştləri barədə razılığın əldə olunması barədə bəyanatıdır?, deyə Sarkisyan qeyd edib. ?Mən Azərbaycan prezidentinin mənimlə harda və nə vaxt ərazi məsələsini müzakirə etdiyini bilmirəm?, deyə Sarkisyan əlavə edib. Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirmişdi ki, danışıqlarda müsbət dinamika var. "Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş var. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə, Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl 4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA