BQP üçüncü qurultayını oktyabrın 25-də keçirəcək

img

12-10-2009 [03:15]


Böyük Quruluş Partiyasının (BQP) növbəti qurultayının günü müəyyənləşib. BQP Ali Məclisinin sədri Əjdər Əliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Ali Məclisin qərarı ilə qurultay oktyabrın 25-də keçiriləcək. BQP yetkilisi qurultayın keçirilməsi üçün yerlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdiklərini də bildirib. Onun sözlərinə görə, BŞİH müaviq yer ayırmasa, özləri hansısa bir məkanda parntiyanın ali tədbirini keçrəcəklər: ?Qurultayın gündəliyi adi qurultay gündəliydir. Partiya başqanı Fazil Mustafanın hesabatı, sonra Ali Mclisin hesabatı dinləniləcək. Sonra Siyasi Qurulun təsdiqi olacaq. Bundan əlavə, qurultayda Azərbaycan, region üçün aktual olan məsələlərlə bağlı partiyanın mövqeyi də bəyanat formasında bildiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA