icra bazçısı ilə Hafiz Hacıyev arasında centlmen razılazma olub

img

12-10-2009 [02:23]


Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyası (MMP) bu gün Nərimanov rayon İcra Hakimiyyətinin binası qarşısında rüşvətxorluq və korrupsiyaya qarşı piket keçirməliydi. Amma qarşı tərəfin görüş təklifindən sonra aksiya müəyyən müddətə təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən MMP sədri Hafiz Hacıyev bildirib ki, Nərimanov rayonunun icra başçısı, onun birinci müavini, rayonun polis rəisinin müavini ilə görüşüb müzakirə aparıblar: ?Şənbə günü axşam Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər ki, Nərmanov rayon İcra Hakimiyyətindən sizinlə görüşmək istəyirlər. Sonra birinci müavini əlaqə saxladı və icra hakimiyyətində görüşməyimizi təklif etdi. Sözün düzü, mən İcra Hakimiyytinə getmədim. Başqa bir yerdə görüşdük. Görüş zamanı partiyaya daxil olan şikayət və müracitləri, hansı sahələrdə rüşvət halları varsa, hər şeyi onlara təqdim etdik ki, rayonda vəziyyət budur. Belə qarara gəldik ki, bizim təqdim etdiyimiz materiallar qısa müddətdə yoxlanılsın. Bizim də pieketin əsas məqsədi ondan ibarət idi ki, rayon ərazisindəki narazılıqları rayon rəhbərliyinin diqqətinə çatdıraq. Onlar da bizimlə razılaşdalar ki, rayondakı neqativ halları aradan qaldırmaq üçün birgə fəaliyyət göstərək. Ona görə də piketi müəyyən müddətə təxirə salmağı qərara aldıq. Yəni aramızda müəyyən bir centlmen sazişi oldu ki, onlar neqativ hallarla maraqlansınlar, məsələləri həll etsinlər, biz də aksiya keçirməyək?. H.Hacıyev onu da vurğulayıb ki, göstərilən nöqsanlar aradan qaldırılmasa, MMP rayon ərzisində aksiyalarını keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA