BMT-nin baz katibi Türkiyə-Ermənistan protokollarının imzalanmasını alqızlayıb

img

12-10-2009 [12:19]


BMT-nin baş katibi Pan ki Mun Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının əsasını qoyan iki protokolun imzalanmasını alqışlayıb. Baş katibin mətbuat xidməti vasitəsi ilə yayılan bəyanatda cənab Mun bu addımın Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyə töhfə verəcəyinə ümidini bildirib. O, hesab edir ki, bu tarixi qərar iki ölkə arasında yaxşı qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlığın inkişafının qurulmasının başlanğıcıdır. BMT baş katibi protokolların Ermənistan və Türkiyə parlamentləri tərəfindən tezliklə təsdiqlənərək ikitərəfli münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA