Cüdo yığmamız Dünya kubokunda 1-ci yeri tutdu

img

12-10-2009 [11:38]


Azərbaycanın cüdo üzrə yığma komandası dünən Bakı İdman Sarayında başa çatmış kişi cüdoçular arasında Dünya kuboku turnirində birinci yerə sahib çıxıb. İki gün davam edən yarışda Azərbaycan cüdo yığması üç qızıl, iki gümüş medal qazanaraq turnirdə iştirak edən 14 ölkə yığması arasında ən yüksək nəticə göstərib. Yığmamızın heyətində 66 kq çəki dərəcəsində yarışan Tərlan Kərimov, Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qızıl, Vüqar Şirinli (60 kq) və Sərxan Əhmədov (66 kq) isə gümüş medala sahib çıxıblar. Qazanılan medalların sayına görə, Gürcüstan 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq 2-ci, Rusiya yığması isə 2 qızıl, 1 gümüş, 3 bürünc medalla 3-cü yeri tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA