Ahmet Davutoğlu və Eduard Nalbantyan Türkiyə ilə Ermənistan arasındakı protokolu imzaladılar

img

10-10-2009 [09:16]


[/center] Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında imzalanmış "Diplomatik münasibətlərin təsis olunma protokol"un tam mətni: "Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası, eyni gündə imzalanan "Münasibətlərin inkişaf etdirilməsi haqqında Protokol"da nəzərdə tutulduğu formada xalqlarının mənfəət və maraqlarına xidmət etmək məqsədilə yaxşı qonşuluq əlaqələri qurmağı, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələri inkişaf etdirməyi arzulayaraq, BMT Xartiyası, Helsinki Yekun Sənədi, Yeni Avropa üçün Paris Xartiyası çərçivəsindəki öhdəliklərin istinad edərək, İkitərəfli və beynəlxalq əlaqələrində, bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, torpaq bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət göstərəcəkləri və bu prinsiplərə hörmət göstərilməsini təmin edəcəkləri istiqamətindəki təəhhüdləri bir daha təsdiqləyərək, İki ölkə arasında etibar və etimad mühiti yaradılmasının və bunun muhafizə edilməsinin, bütün bölgədə sülhün, təhlükəsizliyin sabitliyin güclənməsinə çalışacağını, güc istifadə edilməsindən ya da güc istifadə etmək təhdidindən imtina etmək, anlaşılmazlıqların sülh yolu ilə həlli, insan haqlarının və fundamental azadlıqların qorunmasının əhəmiyyətini nəzərdə tutaraq, İki ölkə arasındakı mövcud sərhədin beynəlxalq hüququn əlaqəli anlaşmalarında göstərildiyi formada qarşılıqlı olaraq tanındığını təsdiq edərək, ortak sərhədin açılması xüsusunda aldıqları qərarı vurğulayaraq, Yaxşı qonşuluq əlaqələri anlayışı ilə uyğun gəlməyən hər hansı bir siyasət yürütməyəcəklərinə dair təəhhüdlərini təkrar edərək, hansı səbəbdən olursa-olsun terrorizmin bütün formalarını, zorakılığı və ifratçılığı qınayaraq, bu cür hərəkətlərin təşviqindən və ya buna yol verilməsindən qaçınılacağını və bunlara qarşı mücadilədə işbirliyinə gediləcəyini təəhhüd edərək, Ortaq mənafelər və xoş niyyət zəminində, sülh, qarşılıqlı anlayış və uyğunlaşdırılmış fəaliyyət qurulması üçün yeni bir model inkişaf etdirmək və istiqamətləri bəlli etmək iradələrini bir daha təsdiq edərək, 1961-ci il tarixli Diplomatik Əlaqələrə Dair Vyana Müqaviləsinə uyğun olaraq, bu Protokolun qüvvəyə mindiyi tarixdən etibarən diplomatik əlaqə qurulması və qarşılıqlı olaraq diplomatik təmsilçilik açılması xüsusunda anlaşmışlar". Mətnin sonunda "protokolun və imzalanan digər protokolun eyni gündə və əsasən razılaşdırma sənədlərinin mübadiləsini təqib edən ilk ayın ilk günü qüvvəyə minəcəyi" bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA