Müsavat Şirvan zonasında müzavirələr keçirib

img

10-10-2009 [08:21]


Bu gün Müsavat Partiyası Başqanının müavini Mehman Cavadoğlu Bələdiyyə seçkilərinə hazırlıqla bağlı zona müşavirəsi keçirmək üçün Şirvan zonasına yola düşüb. Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, M.Cavadoğlu Ağsu, Şamaxı və Qobustan rayonlarında partiyanın yerli rayon təşkilatlarının rəhbərləri ilə görüş keçirib. Görüşdə M. Cavadoğlu adı çəkilən rayonlarda Bələdiyyə seçkilərinə hazırlığın gedişatını müzakirə edib və rayon təşkilatı rəhbərlərinə müvafiq göstərişlər verib, bələdiyyə seçkiləri ilə bağlı yerli müsavatçıları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA