DUi sosial problemlərlə bağlı aksiyaya digər siyasi qüvvələrin dəstək verməsini istəyir

img

10-10-2009 [02:53]


Xəbər verdiyimiz kimi, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar ölkədəki sosial problemlərlə bağlı ?Azərsu?, ?Azəriqaz?, ?Azərenerji? və Metropolitenin qarşısında etiraz aksiası keçirməyi qərarlaşdırıb. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat verən DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc aksiyaya hazırlıq işlərinin davam etdirildiyini bildirib. Ə.Oruc aksiyanın nə zaman keçiriləcəyinin müəyyənləşmədiyini vurğulayıb. Onun sözlərinə görə, aksiya ilə bağlı yekun qərar oktyabrın 12-də keçiriləcək DUİ Sədrlər Şurasının toplantısında veriləcək. Partiya sədri digər qüvvələrin də bu məsələlərlə bağlı aktiv olmasında maraqlı olduqlarını bildirib: ?Bizim apardığımız təbliğat cəmiyyətin aktivləşdirilməsinə, Azərbaycanla bağlı gözlənilən təhlükələrə diqqətin yönəlməsinə hesablanıb. Digər partiyaların da bu etirazlara qatılmasında maraqlıyıq?. Ə.Oruc sıravi vətəndaşlar da ölkədə mövcud olan sosial problemlərə qarşı etirazını bildirməyə çağırıb: ?Biz insanların aktiv olmasını, açıq mübarizə aparmasını istəyirik. Çünki bu gün Azgrbaycanda sosial, o cümlədən milli baxımdan kifayət qədər problemlər var. Hakimyyət heç bir milli marağa uyğun olmayan, əhalini daha da dilənçi vəziyyətə salan addımlar atır. Hakimiyyətin bu addımlardan çəkindirmək üçün cəmiyyəti aktivliyə, etiraza çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA