?Barmek-Azərbaycan? zirkətinin prezidenti Hüseyn Arabul azadlığa buraxıldı

img

10-10-2009 [01:24]


?Barmek-Azərbaycan? şirkətinin prezidenti Hüseyn Arabul azadlığa buraxıldı. Bu barədə Arabulun vəkli Abbas Atakişi məlumat verib. Onun sözlərinə görə, oktyabrın 9-da Gəncə Apellyasiya Məhkəməsində H.Arabul və onunla birlikdə həbs edilən şəxslərin apellyasiya şikayətinə baxılıb. Hakim Ceyhun Muradovun sədrlik etdiyi məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü dəyişib. Məhkəmənin qərarına əsasən H.Arabul və Eynur Hüseynovun cəzası şərti hesab olunub, digərlərinin cəzası isə 6 aya endirilib. Ötən məhkumluğu toplanaraq H. Arabula 3 il 6 ay şərti cəza təyin olunub. Onun barəsində başqa yer getməmək, ölkəni tərk etmək və digər məhdudiyyətlər götürülüb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hüseyn Arabul 2 il, Azərbaycan vətəndaşları Famil Quliyev 1,6 il, Mahir Lətifov, Eynur Hüseynov və Ramal Ələkbərov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Türkiyə vətəndaşı Ayhan Dönməzə isə 1 il şərti cəza verilib. Qeyd edək ki, adları çəkilən şəxslər sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunublar. Xatırladaq ki, ?Barmek-Azərbaycan? şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR