Aydınlar Partiyası Ədliyyə Nazirliyindən izahat tələb edir

img

09-10-2009 [07:32]


Bu gün Aydınlar Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda partiyanın dövlət qeydiyyatı və bələdiyyə seçkilərində iştirakla bağlı müzakirələr aparılıb. Partiya sədri Qulamhüseyn Əlibəyli iclasda bildirib ki, partiyanın qeydiyyatı heç bir hüquqi əsas olmadan ləngidilir. İclasda qeydiyyatla bağlı Ədliyyə Nazirliyinin rəsmi izahat verməli olduğu bildirilib və bununla bağlı növbəti dəfə quruma müraciət etmək qərara alınıb. Siyasi Şurada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı məsələ də müzakirə edilib və qərara alınıb ki, qeydiyyat məsələsi həll olunmadığı üçün partiya üzvləri bələdiyyələrə fərdi qaydada namizədliklərini irəli sürsünlər. Qərarda rayon şöbələrinə namizədlərin siyahısının müəyyənləşdirilməsi və onların təbliğatının koordinasiya edilməsi tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA