Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Kizinyov görüzünün yekunlarına dair bəyanat veriblər

img

09-10-2009 [02:50]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən görüşünün yekunlarına dair bəyanatla çıxış ediblər. Müstəqil İnformasiya Agentliyi ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda qeyd olunur ki, həmsədrlər Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Rober Bratke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə baş tutan görüş iki prezidentin son 10 ayda 5-ci görüşüdür və bu, danışıqların pozitiv dinamikasını təsdiqləyir: ?Prezidentlərin Kişinyov görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair baza prinsiplərinin işlənib hazırlanması prosesinin davam etdirilməsinə əsas yaratdı. Danışıqlar konstruktiv və ciddi şəraitdə keçdi, dərin müzakirələr aparıldı, həmsədrlərin təkliflərinin bir sıra bəndləri cümləbəcümlə müzakirə edildi. Prezidentlər həmsədrlərdən xahiş etdilər ki, növbəti görüş ərəfəsində bu müzakirələrin nəticələrini öz təkliflərinə daxil etsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA