Ölkəmizdə zahmatçı məzqçilərlə bağlı problem var

img

09-10-2009 [01:57]


ə başçısı İlham Əliyevin fərmanı ilə ölkəmizdə şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı təsdiqlənib. Nəzərinzə çatdırım ki, adıçəkilən proqramın icrası Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinə tapşırılıb. Eyni zamanda, Azərbaycan Şahmat Federasiyası bu proqramın icrasını koordinasiya edir. Azərbaycanda bu gün 66 şahmat məktəbi fəaliyyət göstərir ki, burada minlərlə uşaqlarımız şahmatın sirlərini öyrənirlər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri təhsil nazirinin müavini Elmar Qasımov bu gün Təhsil Nazirliyində ölkədəki şahmat məktəbləri direktorlarının iştirakı ilə keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində Azərbaycan ilk beşlikdə qərar tutub: ?Dünyanın 10 ən güclü şahmatçısının sırasında 2 şahmatçımız - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qərar tutublar. Bu isə onu göstərir ki, Azərbaycan dünyanın ən güclü şahmat ölkəsidir?. Nazir müavini onu da bildirib ki, şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramına uyğun olaraq, hazırda ölkəmizdə şahmat məktəblərinin maddi-texniki bazası sürətlə inkişaf edir. Son bir ildə bir neçə rayonumuzda - Xaçmaz, Bərdə, Yevlax və Xızıda şahmat məktəbləri tikilib istifadəyə verilib: ?Sumqayıt və Şamaxıda şahmat məktəbləri yenidən əsaslı təmir edilərək istifadəyə verilib. Naxçıvanda isə dünyada anoloqu olmayan şahmat məktəbi tikilib istifadəyə verildi. Sevindirici haldır ki, bütün şahmat məktəblərinin açılışında prezident İlham Əliyev şəxsən iştirak edib?. E.Qasımov onu da bildirib ki, ölkəmizdə şahmat sahəsində məşqçi ilə bağlı müəyyən problemlər mövcuddur: ?Problemlərdən bir də odur ki, şahmatçı məşqçilərimiz dərslərini əsasən fərdi qaydada keçirlər. Ona görə də çalışırıq ki, güclü şahmatçı məşqçiləri məktəblərimizə cəlb edək. Bundan əlavə, çalışırıq ki, Bədən Tərbiyəsi Akademiyasında hazırlanan şahmatçı müəllimlərimiz rayonlarımızda şahmat məktəblərində çalışsınlar. Çünki şahmat elə bir idman növüdür ki, onu təkcə şəhərlərdə yox, ucqar kəndlərdə də təşkil etmək olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA