ilham Əliyevlə Serj Sarkisyan görüzdü

img

09-10-2009 [12:35]


Oktyabrın 8-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakovun (Rusiya) və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Azadlıq Radiosunun Moldova xidməti isə görüşün 4 saat davam etdiyini bildirib. Radionun məlumatına görə, jurnalistlərə açıqlama verən həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərin münaqişənin həlliylə bağlı verdikləri yeni təklifləri müzakirə elədiklərini bildiriblər. Rusiyalı həmsədr Yuri Merzlyakov jurnalistlərin sualına cavab olaraq, həm yeni, həm də daha əvvəlcədən mübahisəli qalan məsələlərin müzakirə edildiyini bildirib. Amma konkret hansı yeni və köhnə təkliflərin müzakirə edildiyini açıqlamayıb. İlk dəfə olaraq Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke ümumilikdə görüşün konstruktiv olduğunu deyib və müzakirələrin davam etdiriləcəyini bildirib. Bradtkenin sözlərinə görə, prezidentlər bir daha görüşməyi qərara alıblar və xarici işlər nazirlərinə müzakirə edən məsələlərlə bağlı işi davam etdirməyi tapşırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA