Lalə Şövkət: ?Müsavatla AXCP birləzəcəksə, ?Azadlıq? blokuna xitam veriləcək?

img

08-10-2009 [04:48]


Son günlər mətbuatda Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında münasibətlərin yaxınlaşması barədə məlmatlar yer almaqdadır. ?Yeni Müsavat? qəzetinin yazdığına görə, AXCP-Müsavat birliyinin yaradılması ilə bağlı danışıqlar Azərbaycan Liberal Partiyanın lideri Lalə Şövkətin narazılığına səbəb olub. Belə ki, guya Lalə xanım bu birliyin əleyhinə çıxaraq, bunun separatçılıq olduğunu və ?Azadlıq? blokunun parçalanmasına hesablandığını deyib. Müstəqil İnformasiya Agentliyinə müsahibə verən Lalə Şövkət isə bu və ya digər məsələlərlə bağlı fikirlərə aydınlıq gətirib. - Öncə onu deyim ki, mənimlə Əli Kərimli arasında AXCP-Müsavat birliyi ilə bağlı hər hansı söhbət olmayıb. Yəni bu məsələ həqiqətə uyğun deyil. İkincisi, əgər bu gün həqiqətən də AXCP ilə Müsavat birləşmək istəyirsə, mən buna qarşı çıxası deyiləm. Əgər birləşirlərsə, Allah xeyir versin. Burda ayrı söhbət ola bilməz. Onların birləşməsi müxalifəti gücləndirəcəksə, yaxud hər hansı bir divident gətirəcək, buyurub birləşsinlər. Mən tərəfdən heç bir maneçilik olmayacaq. Amma bu birləşmə baş tutandan sonra ?Azadlıq? bloku öz mahiyyətini itirəcək. Əgər Müsavatla AXCP birləşəcəksə, onda ?Azadlıq? blokuna xitam veriləcək. [b]- O zaman ?gəlin ?Azadlıq? blokunu dağıtmayaq?,- kimi fikirlər səsləndirib, ortaya mövqe qoyacaqsınızmı?[/b] - Birincisi, hələlik belə bir şey yoxdur və ?Azadlıq? bloku daxilində belə bir müzakirə də aparılmır. Həmin məlumatları da yalnız qəzetlərdən oxuyuram. Bu yaxınlarda Əli bəylə görüşmüşük, üç saatlıq söhbətimiz olub, amma bu məsələ barədə bir kəlmə də olsun, danışmamışıq. Amma müzakirə obyekti olsa, mən heç vaxt buna qarşı çıxası deyiləm. [b]- Lalə xanım, Qarabağ və Respublika Uğrunda Hərəkat daxilində narazılıq davam edir. Müsavatla Ümid Partiyası hələ də vahid fikrə gələ bilməyib. Bu barədə nə deyə bilərsiniz?[/b] - Bu barədə fikrimi bildirmişəm. Mənim mövqeyim ondan ibarətdir ki, bu gün müxalifətin vəziyyəti çox gərgindir və hakimiyyət bizim fəaliyyətimizi məhdudlaşdırıb. Belə bir zəif şəraitdə isə gərək birliyin tərəfdarı olaq. Birlik nə qədər böyük olsa, bir o qədər yaxşıdır. Ona görə də, mən, bu hərəkatın saxlanmasının tərəfdarıyam. İstərdim ki, hərəkat necə var, elə də qalsın. İndiki mərhələdə hərəkata daxil olan partiyalarn şərt irəli sürmələri lazım deyil. Qarşıdan bələdiyyə seçkiləri gəlir, birliyi qoruyub saxlasaq, daha güclü olarıq. [b]- Bu fikirlərinizi İsa Qəmbərlə İqbal Ağazadəyə şəxsən çatdırmısınızmı?[/b] - Mən bunu mətbuatda bəyan etmişəm. Şəxsən özlərinə nəsə çatdırmağa ehtiyac yoxdur. Bu birlik qorunub saxlanmalıdır. Bu gün millətin inamsızlığında, biganəliyində belə birliklərin yaranıb dağılması da böyük rol oynayır. Sizin yadınızdadırsa, SİDSUH, ?Demkonqres?, ?Beşlər?, ?Azadlıq? Seçki Bloku var idi. Yəni millət baxıb görəndə ki, müxalifət birləşib, bu, onu ruhlandırır. Hər halda bu, sosial sifarişdir. Amma bu birliklər dağılandan sonra millətdə bir naümidlik yaranır. Ona görə də həm ümumi işimiz, həm də millətin xətrinə bu birliyi qoruyub saxlamalıyıq. [b]- Hərəkatda narazılığın yaranmasına görə kimi təqsirli sayırsınız?[/b] - Konkret olaraq, heç kimi günahkar saya bilmərəm. Məhkəmə deyiləm ki, kimisə təqsirkar elan edim. Onu da deyim ki, bu gün Qarabağla bağlı olan məsələ çox ciddidir. Qarabağ uğrunda yaranan hərəkatın da varğılı vacibdir. Belə bir məqamda Qarabağ uğrunda yaranan hərəkatın dağılmasının qəti əleyhinəyəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA