?Türkiyə-Ermənistan sərhədlərinin açılması Qarabağ münaqizəsini bir qədər də uzada bilər?

img

08-10-2009 [02:54]


?Hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması və protokolların imzalanması ciddi şübhə altındadır. Lakin bütün bunlar parlamentdə təsdiqlənəcəyi təqdirdə, Dağlıq Qarabağ məsələsi Azərbaycan üçün əlverişsiz mühitin yaranmasına gətirib çıxardacaq. Belə olan halda Dağlıq Qarabağ probleminin ya Ermənistanın xeyrinə həll edilməsinə, ya da münaqişənin uzanmasına səbəb olacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə politoloq Qabil Hüseynli Türkiyə-Ermənistan sərhədlərinin və protokolların imzalanmasına münasibət bildirərkən deyib. Onun qənaətincə, sərhədlərin açılacağı təqdirdə, Ermənistan iqtisadi çöküntüdən yaxa qurtaracaq: ?Ermənistan müəyyən iqtisadi inkişaf tempi əldə edərək, öz iqtisadiyyatını pis-yaxşı formada qoruyub saxlayacaq. Ancaq Azərbaycan bunları analiz edib müharibə variantını seçməməlidir. Çünki heç kimə sirr deyil ki, regionda müharibənin sifarişini verən güc mərkəzləri və arxasında duran qüvvələr var. Ona görə də müharibənin olması onların siyasi iradəsindən asılıdır?. Politoloq onu da bildirib ki, hazırda vəziyyəti kifayət qədər mürəkkəb hesab etmək olar. Çünki həmin güc mərkəzləri maraqlarını uzlaşdıra bilmədiyindən bölgədə bir çox məsələlərdə razılışma əldə edilməsi çətin görünür: ?Müharibə ritorikaları Azərbaycana psixoloji təzyiq xarakteri daşıyır. Digər tərəfdən müxtəlif qütblü güc mərkəzləri arasında hələ də maraqların tarazlaşdırılması prosesinin başa çatmamasından xəbər verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA