Tahir Kərimli hakimiyyətyönlü partiyaları seçkidə əməkdazlıq etməyə çağırır

img

08-10-2009 [12:32]


Vəhdət Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığı davam etdirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən partiya sədri Tahir Kərimli bildirib ki, partiyanın yerli təşkilatları seçkiyə hazırlaşır və namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Vəhdət sədrinin sözlərinə görə, seçkidə iştirakla bağlı Siyasi Şuranını qərarı var, amma yekun qərar Baş Məclisdə veriləcək. Baş Məclis isə yaxın günlərdə çağırılacaq və seçkilərdə iştirakla bağlı rəmsi qərara veriləcək. T.Kərimli bələdiyyə seçkilərində əməkdaşlıq etmək üçün hakimiyyətyönlü partiyaların əməkdaşlığının da vacib olduğunu vurğulayıb: ?Hesab edirəm ki, bələdiyyə seçkilərində hakimiyyətin siyasi kursunu müdafiə edən partiyalar əməkdaşlıq etsələr, daha yaxşı olar. Xüsusən də Yeni Azərbaycan Partiyası ilə bu istiqamətdə danışıqlar aparılmalıdır. Doğrudur, hələlik hansısa partiyaya bu barədə müraciət etməmişik, amma əməkdaşlıq etmək istəyimiz var?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA