Birləzmiz müxalifət liderləri hərəkatın taleyi ilə bağlı yekun qərar verə bilmədilər

img

06-10-2009 [07:42]


Bu gün Qarabağ və Respublika Uğrunda Hərəkatın növbəti iclası keçirilib. Toplantıdan sonra Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hərəkatın bundan sonrakı taleyi ilə bağlı aparılan müzakirələrdə yekun qərar qəbul etmək mümkün olmayıb. Buna səbəb ?Azadlıq? blokuna daxil olan partiyaların daxilində müzakirə edib yekun qərar verməməsidir. İ.Ağazadə indiki mərhələdə Müsavat Partiyasının Ümid Partiyasının seçki komissiyalarından nümayəndələrini geri çağırmaq barədə şərtindən geri çəkilmədiyini deyib: ?Yərə öz təklifini verib. Müsavat bir təklif irəli sürüb, biz o təklifi inkişaf etdirmişik. Biz Müsavatın təklifinə qarşı çıxmamışıq ki, narazılıq yaransın. Onlar deyirlər ki, təklifləri olduğu kimi qalsın. Biz də robort deyilik ki, hər şeyi olduğu kimi qəbul edək?. Ümid sədri onu da bildirib ki, bu məsələlərlə bağlı bu həftə ərzində konkret qərar qəbul olunacaq: ?Hesab edirəm ki, hər halda bu məsələləri axırı yaxşı olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA