Elmar Məmmədyarov ABŞ-ın enerji nazirinin müavini Daniel Ponemanı qəbul edib

img

06-10-2009 [12:01]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın enerji nazirinin müavini Daniel Ponemanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanla ABŞ arasında geniş əlaqələrin olduğunu qeyd edən D.Poneman ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını məmnuniyyətlə qeyd edib. Həmçinin, qonaq qlobal enerji təhlükəsizliyinin təmin olunması məsələsinin ABŞ-ın xarici siyasətinin prioritetlərindən biri olması və ölkəsinin enerjidaşıyıcıların dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəklədiyini bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın mühüm coğrafi məkanda yerləşdiyini qeyd edərək ölkəmizin enerjidaşıyıcıların ixracatçısı olması ilə yanaşı, onların dünya bazarlarına çatdırılmasındakı tranzit imkanlarını da vurğulayıb. Diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldən nazir Elmar Məmmədyarov regionda davamlı və uzunmüddətli sülhün bərqərar olması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll olunmasının vacibliyini qeyd edib. Görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA