Gənclər metroda gediz haqlarnın qaldırılmasına ilə bağlı etiraz aksiyası keçirdilər

img

05-10-2009 [05:10]


Bu gün bir qrup gənc metroda gediş haqlarnın qaldırılmasına etiraz əlaməti olaraq metronun ?Elmlər Akademiyası? stansiyasının qarşısından Bakı Dövlət Univeristetinin (BDU) qarşısına qədər yürüş keçiriblər. Aksiyaçılar ?Tağı Əhmədova istefa!?, ?Tarif Şurasına ar olsun!?, ?Qiymətlər endirilsin!? şüarları səsləndiriblər. Aksiya iştirakçıları BDU-nun qarşısında da eyni şüarları səsləndirərək, ətrafdakıları metroda gediş haqqının qaldırılmasına etiraza səsləyiblər. Sonra bir qrup gənc aksiyanı metronun ?Elmlər Akademiyası? stansiyasının girişində turniketlərdən pulsuz keçməklə davam etdiriblər. Bu zaman aksiyaçılardan 2 nəfəri ? Emin Əliyevi, Loğman Qasımovu və onların şəkilini çəkən - Vüsal Bacarı polis saxlayıb. Aksiya bununla da başa çatıb. Qeyd edək ki, Tarif Şurasının qərarı ilə oktyabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpiyə qaldırılıb. Bundan əvvəl isə metroda gediş haqqı 5 qəpik idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA