Bülənt Qorxmaz: ?Bakı?ya futbolda iz buraxmaq üçün gəlmizəm?

img

05-10-2009 [04:03]


?Qalatasaray?ın keçmiş kapitanı və baş məşqçisi, ?Bakı?nın çalışdırıcısı Bülənt Qorxmaz növbəti dəfə yeni klubu və Azərbaycan futbolu haqda danışıb. Qol.Az-ın məlumatına görə, ?Radyospor?a verdiyi açıqlamada Qorxmaz ?Bakı?nın ona təklif etdiyi lahiyələrdən təsirləndiyini bildirib: ?Bakıya əvvəlki səfərim zamanı klub rəhbərliyi məni gələcək planlarıyla tanış etdi. Komandanın qarşısına qoyduğu hədəfləri çox bəyəndim. Onlar bildirdilər ki, ?Bakı? qarşısına ciddi hədəflər qoyan bir klubdur. Bu il Türkiyədə çalışmağı heç düşünmürdüm. Bu səbəbdən ?Bakı? klubundan təklif aldıqdan sonra çox düşünmədən qəbul etdim. ?Bakı?da gözəl ab-hava var. İnsanlar ölkə futbolunun inkişafı üçün çalışırlar. Azərbaycan futbolunun indiki durumu Türkiyə futbolunun 20 il əvvəlki vəziyyətini xatırladır?. Qorxmaz ölkəmizdə özünü yad hiss etmədiyini söyləyib: ?Türkiyədə çox çətinliklərə qalib gələrək, bu yerə çıxdım. Təcrübəm var və ?Bakı?da iz buraxmaq istəyirəm. Orada insanlar bizimlə eyni dildə danışırlar. Azərbaycan xalqı bizi çox sevir, Türkiyəni də çox yaxşı tanıyırlar. Bütün bunlar ?Bakı?nı seçməyimdə böyük rol oynadı. Özümü yad ölkədəki kimi hiss etmirəm, sanki vətənimdəyəm?. Türkiyə futbolunun canlı əfsanəsi türkiyəli futbolçuların ?Bakı?ya mümkün gəlişi haqda da danışıb: ?Bakı? ilə 2 illik müqavilə imzaladım. Amma onlar sözləşəmənin 4-5 illik olmasını istəyirlər. Bu haqda hələ düşünəcəyəm. Mən işimi sevirəm, futbola hobbi kimi baxmıram. İnsan çalışdığı hər yerdə futbolunu və təcrübəsini inkişaf etdirə bilər. ?Transfer pəncərəsi? dövründə Türkiyədən oyunçu almağımız mümkündür. Amma əsas odur ki, ?Bakı?ya gələcək oyunçu komandaya xeyir verə bilsin. Tranferlərə hələ zaman var. Vaxtı çatanda bu haqda düşünəcəyik. Əlbəttə, komandada türkiyəli oyunçunun olmasını mən də istərdim. Bir sözlə, ?Bakı?ya gəlməkdə məqsədim həm klubun inkişafında rol oynamaq, həm də Türkiyə futbolunun adını uca tutmaqdır. Azərbaycanda Türkiyə futbolunun elçisi rolunu oynamaq istəyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA