Ağır atletika üzrə Avropa çempionatına 3 idmançımız qatılacaq

img

05-10-2009 [12:26]


Oktyabrın 11-dən 18-dək Polşanın Vladislavovo şəhərində 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycanı qitə birinciliyində 77 kq çəki dərəcəsində Nail Nəbiyev, Ziyad Durmuşov (85 kq) və Rövşən Fətullayev (94 kq) təmsil edəcək. Avropa çempionatı ilə eyni vaxtda, oktyabrın 12-də Polşada Avropa Ağır Atletika Federasiyasının konqresi də keçiriləcək. Konqresdə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, milli yığmanın baş məşqçisi Vahid Nəzərov iştirak edəcək. Konqresdə beynəlxalq yarışların təqvim planları, dopinq-nəzarət problemləri və qadağan edilmiş tibbi preparatlara qarşı mübarizə tədbirləri müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA