Deputat Adil Əliyev MDB Parlamentlərarası Assambleyada Azərbaycanı təmsil edəcək

img

05-10-2009 [11:28]


Milli Məclisin deputatı Adil Əliyev MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 4-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qurumun MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə Birgə komissiyasının, Təhlükəsizlik və müdafiə məsələləri, həmçinin Elm və təhsil daimi komissiyalarının iclaslarında bir sıra qanunvericilik aktlarına baxılacaq. Parlamentarilər MDB ölkələri üçün hazırlanan model qanunlara, o cümlədən ?İnnovasiya Məcəlləsi?nə dair fikirlərini bölüşəcəklər. Deputatımız müzakirəyə çıxarılan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Səfər oktyabrın 9-da başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA