Hollandiyada keçirilən simpoziumda BP zirkətinin Azərbaycanın demokratikləzdirilməsində ciddi maneə olduğu bildirilib

img

04-10-2009 [04:38]


Hollandiyanın Leiden şəhrində Gənc Demokratların Beynəlxalq Komitəsinin təşkilatçiliği ilə Azərbaycanda insan haqları və siyasi vəziyyətlə əlaqədar simpozium keçirilmişdir. Tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, insan haqları təşkilatlarının, dövlət qrumlarının nümayəndələri, ekspertlər iştrak etmişdir. Azərbaycandakı vəziyyətlə bağlı məruzə ilə çıxış edənlər, Amsterdam univesitetinin professoru xanım G. Heil, Avropa Liberal Gənclər İttifaqının baş katibi B.Woord, Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri E.Yusibov tədbir iştirakçılarına mövzu ilə bağlı geniş məlumat vermişlər. Xüsusi diqqət ölkədə siyasi partiyaların fəaliyyətinə, sərbəst toplahmaq hüququna məhdudiyyətlərin qoyulmasına, insan haqlarının pozulmasına, azad mətbuatın üzləşdiyi problemlərə, jurnalistlərin həbsinə, seçki saxtakarlıqlarına yonəlmişdir. Məruzəçilər həminçin Qərb dövlətlərin, ABS-in, Beynəlxalq qrumların Azərbaycandakı avtoritar rejimə olan loyal munasibətlərini pisləmişlər. Qərbin və Amerikanın açıq şəkildə Azərbaycanda demokratik bir cəmiyyətin qrulması üçün heç bir əməli iş görmədiklərini, əksinə daima hakimi rejimə dəstək vərməsi və bunun nəticəsi olaraq insanlarda bu dövlətlərə qarşı bir inamsızlıq sindromu yaranmasına gətirib çıxardığını qeyd etmişlər.Çıxış edən bəzi ekspertlər Amerika, Qərb dovlətləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən xarici neft kompaniyaların, xususilə BP şirkətinin ölkənin demokratikləşdirilməsi istiqamətində çox ciddi maneə olduğunu qeyd etmişlər. Debatlar zamanı məruzəçilər tədbir iştirakçılarının çox saylı suallarını cavablandırmışlar. Adnan Hacizadənin və Emil Millinin həbsi də müzakirə predmeti olmuş və onların hazırladıqları videosujet nümayiş etdirilmişdir. Tədbrin sonunda konkret fəaliyyət proqramı hazırlanması və bu proqramın həyata keçirilməsi üçün müvafiq addımların atılması qərara alınmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA