Iranda azərbaycanlı zair həbs olunub

img

03-10-2009 [02:56]


İranda azərbaycanlı şair və milli fəal Məhbub Budaqi həbs olunub. Şair hazırda Təbriz həbsxanasında saxlanılır. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) katibi Yaşar Həkkəkpur Budaqinin yaxınlarına istinadən AzadlıqRadiosuna bildirib ki, Xoy şəhərindən olan şair ay yarım bundan əvvəl Zəncanda həbs olunub. Lakin bu barədə indiyədək məlumat verilməmişdi. Hələlik ona qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil. Həmçinin, ona vəkil tutmağa imkan verməyiblər. ADAPP-ın saytında qeyd olunur ki, Budaqinin səhhətində problem var, buna baxmayaraq onu həkimlə görüşməyə qoymayıblar. Məhkəmə yaxın günlərdə keçiriləcək, lakin dəqiq vaxtı bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA