Türkdilli ölkələrin dövlət bazçılarının IX zirvə görüzü bazlayıb

img

03-10-2009 [12:42]


Bu gün Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilir. ?Duzdağ? mehmanxanasının konfrans zalında keçirilən zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatılıblar. Sammit iştirakçıları xatirə şəkli çəkdirdikdən sonra dövlət başçısı mərasimdə açılış nitqi söyləyib. Tədbiri açıq elan edən Azərbaycan prezidenti İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib. Zirvə görüşü davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA