ilham Əliyev və Nursultan Nazarbayevin iztirakı ilə iki ölkə arasında sənədlərin imzalanıb

img

02-10-2009 [05:54]


Bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub. ?Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə?ni Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Aktau şəhərinin akimi Salimgerey Bakbergenov imzalayılar. Bundan başqa, iki ölkə arasında ?Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum?, ?Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə?, ?Kazmunayqaz? Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu? imzalanıb. Sənədləri Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Qazaxıstan tərəfdən isə ?Kazmunayqaz? Milli Şirkəti Səhmdar Cəmiyyətinin sədri Kairgeldi Kabılin imzalayıblar. ?Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş? və ?Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş?ə isə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Qazaxıstanın kənd təsərrüfatı naziri Akılbek Kurişbayev imza atıblar. ?Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş?i Azərbaycanın maliyyə naziri Samir Şərifov və Qazaxıstanın maliyyə naziri Bolat Jamişev imzalayıblar. İki ölkə arasında imzalanmış növbəti sənəd isə ?Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş? olub. Sənədə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə dövlət katibi ? xarici işlər naziri Kanat Saudabayev imza atıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA