Abdulla Gül: "Mən Ermənistana zərtsiz getmizdim"

img

02-10-2009 [05:24]


Türkiyə prezidenti Abdulla Gül Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin Bursa şəhərində keçiriləcək Türkiyə-Ermənistan milli matçına gəlmək üçün sərhədlərin açılması barədə şərt qoymasına münasibət bildirib. Türkdilli ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Naxçıvana yola düşməzdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlama verən A.Gül bildirib ki, o, Ermənistana gedərkən heç bir şərt qoymayıb. "Mən Ermənistandakı matça gedərkən şərtsiz getmişdim. İdman centlmenlikdir, centlmenliyi təşviq edən bir fəaliyyət sahəsidir. Mən Ermənistana bu çərçivədə getdim. Ümid edirəm ki, hörmətli Ermənistan prezideti də məsələyə eyni cür yanaşar və gələr. Təbii ki, dəvət məktubu göndərdim. Gələrsə, ən yaxşı şəkildə qarşılayarıq", deyə Türkiyə prezidenti qeyd edib. Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə və Ermənistan milli komandaları arasında oyun oktyabrın 14-də Türkiyənin Bursa şəhərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA