AŞPA Monitorinq Komitəsinin toplantısı keçirilib

img

01-10-2009 [07:03]


Bu gün Avropa Şurası Parlament Assamleyasının payız sessiyası çərçivəsində Monitorinq komitəsinin növbəti yığıncağı keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ?AzərTAc?a bildirib ki, komitənin iclasında Azərbaycanla bağlı iki məsələ müzakirə olunub. Birinci məsələ Azərbaycana dair Andreas Herkelin hazırladığı məruzə ilə əlaqədar Azərbaycan nümayəndə heyətinə ünvanladığı tövsiyə və suallardan ibarət idi: ?Biz həmin suallara ətraflı cavab verdik. Suallar əsasən Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı idi. Prosedura qaydalarına uyğun olaraq məruzəçi tövsiyə və suallarla nümayəndə heyətinə müraciət edə bilər?. İkinci məsələ isə Azərbaycan üzrə ikinci məruzəçinin təyin edilməsi ilə bağlı olub. Ona görə ki, vaxtilə ikinci məruzəçi təyin edilmiş Y.Jivkova Bolqarıstan parlamentinə deputat seçilməyib və onun həmməruzəçi kimi yeri vakant qalıb: ?Bu yerə yeni namizəd təyin olunmalıdır. Təəssüflər olsun ki, komitə yeni məruzəçini təyin edə bilmədi. Yeni təyinatla əlaqədar məsələ komitənin noyabr ayında Parisdə keçiriləcək yığıncağında müzakirə ediləcəkdir. Yeri gəlmişkən, həmməruzəçinin indiyə qədər təyin olunmamasının səbəbi komitə katibliyinin lazımi sənədləri vaxtında hazırlayıb təqdim edə bilməməsidir. Məruzəyə gəldikdə isə, ikinci məruzəçi təyin olunduqdan sonra onun Azərbaycanla tanış olmasını nəzərə alsaq, sənəd ən tezi AŞPA-nın gələn ilin yaz sessiyasında müzakirə edilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA